İngiltərəAvropa Çempionatı

İngilislər 21-ci əsrdə ilk dəfə bunu bacardılar

İngiltərə millisi Avro-2024-ün 1/4 finalında İsveçrəni penaltilər seriyasında qalib gəlməklə (1:1, pen-5:3) yarımfinala adlayıb.

Aut.az xəbər verir ki, “üçaslanlar” 21-ci əsrdə ilk dəfə oyundan sonrakı seriyada 100% dəqiqlik nümayiş etdiriblər. Bu, həm də böyük bir turnirdə 10 penalti seriyasında ikinci dəfədir. İngiltərə Avro 1996-da İspaniya ilə görüşdübütün zərbələrdən dəqiq istifadə edib.

Xatırladaq ki, Qaret Sautqeytin yetirmələri yarımfinalda Niderland ilə qarşılaşacaq.

Aut.az