Qvardiolanın yeni qənimi görün kimdir: Messiyə çatdı
“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda (3:1) het-trik etməklə bu turnirdə Pep Qvardiolanın rəhbərlik etdiyi komandaların qapısına vurduğu qolların sayını 7-yə çatdırıb.
Aut.az xəbər verir ki, Mbappe bu göstəricidə Kərim Benzemanı (5) ötüb və rəqib kimi Qvardiolaya ən çox problem yaradan Lionel Messiyə (7) çatıb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında Kilian 10 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Real” iki oyunun yekununda “Siti”yə qalib gələrək turnirin 1/8 finalına yüksəlib.
Aut.az
