İngiltərə

Bu oyundan sonra aqibəti bəlli olacaq

“Tottenhem” rəhbərliyi baş məşqçi İqor Tudorun yerinə başqa bir mütəxəssis tapmaq üçün fəal şəkildə çalışır.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic”dən Devid Ornşteyn məlumat yayıb.

Mənbənin məlumatına görə, məşqçinin gələcəyi ilə bağlı qərar Premyer Liqanın 30-cu turunda “Liverpul”la keçiriləcək oyundan sonra veriləcək.

Tudor 14 fevraldan bəri “Tottenhem”in baş məşqçisidir

“Liverpul”  – “Tottenhem” matçı martın 15-də keçiriləcək.

Aut.az