İspaniya yığmasını yükü yoxa çıxıb: Tbilisidə belə məşq ediblər
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstanla oyun üçün Tbilisiyə gələn İspaniya millisinin baqajının bir hissəsi itib.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
İtki enişdən bir gün sonra aşkar edilib. Buna görə də İspaniya yığması cümə axşamı buts və qapıçı əlcəyi olmadan məşq etməyə məcbur olublar.
Komanda çatışmayan baqajın ən qısa zamanda çatdırılacağını gözləyir. AVRO-2024-ün seçmə mərhələsinin 5-ci turunun Gürcüstan-İspaniya görüşü cümə günü keçiriləcək və saat 20:00-da başlayacaq. İspanlar 2 görüşdə 3 xal toplayıb və A qrupunda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Gürcüstan komandası isə 3 oyundan sonra 4 xalla 2-ci yerdədir.
Aut.az
