Almaniya millisinə onlarla görüşmək qadağan edildi
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçulara Avropa çempionatının sonuna qədər həyat yoldaşları və sevgililəri ilə görüşməyi qadağan edib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəlcə futbolçuların həyat yoldaşlarına və rəfiqələrinə Almaniya millisinə düşərgəsində baş çəkməyə icazə verilib. Lakin Almaniyanın 1/4 finala yüksəlməsi ilə onlar artıq bazaya buraxılması qadağan edilib. Nagelsmann hesab edir ki, xanımlar oyunçuların matçlar öncəsi fikirlərini yayındıracaqlar.
Qeyd edək ki, Almaniya 1/4 finalda İspaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Aut.az
