Avropa Çempionatı

Avro-2024-ün ən populyar hesabı

Avro-2024-də keçirilən 50 matçda 11 qol variantı qeydə alınıb.

Aut.az xəbər verir ki, eyni zamanda, ən populyar hesab həmişəki kimi 1:0 yox, 2:1 olub. 6-sı pley-off mərhələsində olmaqla 11 görüş bu nəticə ilə başa çatıb.

İkinci ən populyar hesab 1:1 olub və 10 oyun belə yekunlaşıb.

Əvvəlki turnirlərin populyar hesabı 1:0 Almaniyada yalnız 3-cü olub.

Aut.az