Avropa Çempionatı

Poqba yığmanın düşərgəsinə dəvət edildi

Dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilən Fransa millisinin sabiq futbolçusu Pol Poqba Avro-2024-ün 1/8 final matçından öncə yığmanın düşərgəsinə dəvət olunub.

Aut.az xəbər verir ki, Poqba, eləcə də Fransanın heyətində 2018-ci ildə dünya çempionu olmuş Blez Matuidi komandanın oyunçuları ilə görüşərək onları ruhlandıracaq.

Fransa və Belçika arasında 1/8 final oyunu bu gün Düsseldorfda keçiriləcək.

Aut.az