Avropa Çempionatı

AÇ-2024: İspaniya qalib gəldi, İtaliya məğlubiyyətdən son saniyələrdə qurtuldu

Almaniyada təşkil olunan Avropa çempionatı davam edir. 

Aut.az xəbər verir ki, bu gün qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

B qrupunda mübarizəyə yekun vuruluacaq ki, Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Paralel oyun Leyptsiq şəhərində baş tutacaq. Prinsipial matçda İtaliya Xorvatiyanı sınağa çəkəcək.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

AÇ-2024
A qrupu
23 iyun

Albaniya – İspaniya 0:1 
Qol: Ferran Torres, 13.

Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, “Esprit Arena”.

Xorvatiya – İtaliya 1:1
Qollar: Luka Modriç, 55 – Tsakannyi, 90+8.

Baş hakim: Denni Makkeli (Niderland).
Leyptsiq, “Red Bull Arena”.

Xal durumu: İspaniya – 6, İtaliya – 3, Albaniya – 1, Xorvatiya – 1.