AVRO-2024-ün pley-off mərhələsinin ilk cütü məlum oldu
Almaniyada keçirilən Avropa çempionatında ilk pley-off cütləri müəyyənləşib.
Aut.az xəbər verir ki, 1/8 finalda İsveçrə və İtaliya komandaları üz-üzə gələcək. Bu görüş iyunun 29-da Berlində baş tutacaq.
Qeyd edək ki, İsveçrə A, İtaliya B qrupunda ikinci yeri tutub.
Aut.az
