Avropa Çempionatı

Türkiyə ilə oyun ərəfəsində Gürcüstanda durum: Əfsanəvi Qabeliya anlatdı

Tbilisi “Dinamo”sunun əfsanəvi qapıçısı Otar Qabeliya Gürcüstan millisinin 2024-cü il Avropa çempionatında debütü öncəsi ölkədəki həyəcandan danışıb.

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqları üçün uşaqlara təşəkkür edirəm. İndi bütün Gürcüstan sabahkı oyuna həyəcanla yanaşır. Çox həyəcan var. Televiziyada, küçədə sadə insanlardan tutmuş ölkə rəhbərlərinə qədər danışdıqları yeganə şey futboldur.

Artıq stadionlarda xüsusi ekranlar quraşdırılıb ki, Almaniyaya gedə bilməyən insanlar özlərini bu bayramda hiss etsinlər”, – Qabeliya “Çempionat”ın müxbiri Oleq Lısenko ilə söhbətində deyib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının qrup mərhələsində Gürcüstan millisinin rəqibləri Portuqaliya, Türkiyə və Çexiya milliləri olacaq.

Gürcüstan ilk oyunda Türkiyə ilə qarşılaşacaq.

Aut.az