Digər

İkiqat olimpiya çempionu borcunu ödədi

Məşhur rusiyalı yüngül atlet, ikiqat olimpiya çempionu Yelena İsinbayeva Federal Vergi Xidmətinə olan borcunu ödəyib.

Aut.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Mənbənin məlumatına görə, may ayının sonunda İsinbayevanın Federal Vergi Xidmətinə 465 688 rubl borcu olub.

Amma Yelena bu borcu tam ödəyib.

“İndi onun Rusiyadakı hesabları bloklanmayacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Yelena İsinbayeva hazırda Rusiyada yaşamır. Onu İspaniya və Mərakeşdə görüblər.

Aut.az