Həbib Nurməhəmmədov PSJ-də?
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Fransanın PSJ klubunun başlatmağı planlaşdırdığı MMA layihəsinin rəhbəri ola bilər.
Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Bildirilir ki, artıq futbol və həndbol komandalarına sahib olan PSJ idman fəaliyyətini genişləndirmək niyyətindədir.
MMA-da yeni strukturun yaradılması məsələsinə PSJ-də cüdo departamentinə cavabdeh olan Djamel Bouras baxır .
Həbib Nurməhəmmədovun layihədə mümkün iştirakını rusiyalının birbaşa klub prezidenti Nasser Əl-Xelaifi ilə əlaqə saxlaması təsdiqləyir.
Nurməhəmmədov 2020-ci ilin oktyabrında peşəkar karyerasını bitirdiyini açıqlayıb. O, qarışıq döyüş növləri üzrə 29 döyüş keçirib, hamısında qalib gəlib.
Aut.az
