Dünya futbolu

Qərar verdi: mövsüm bitdikdən sonra…

MLS-də mövsüm başa çatdıqdan sonra təxminən 4 ay futboldan uzaq qalacaq “İnter Mayami”nin futbolçusu Lionel Messi nə edəcəyi ilə qərar verib.

Aut.az xəbər verir ki, o, icarə əsasında başqa komandada çıxış etməkdən imtina edib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Leonun “Barselona” və Səudiyyə Ərəbistanı klublarından birində 4 ay çıxış etmək imkanı var idi. Ancaq argentinalı superulduz komandada qalmağa qərar verib. Artıq bu barədə rəhbərliyə məlumat verib.

O, bu müddətdə futbolsuz qalmayacaq. Mövsüm bitdikdən sonra komandaya təqribən 3 həftəlik istirahət veriləcək. Bundan sonra komanda toplanış üçün bir araya gələcək. “İnter Mayami” bu müddətdə Asiyada və ABŞ-da çoxsaylı yoldaşlıq görüşləri keçirməyi planlaşdırır.

Qeyd edək ki, Florida təmsilçisi MLS-də pley-offa vəsiqə qazanmadığından, komanda üçün mövsüm noyabrın 22-də bitəcək.