Dünya futboluDünya cempionatı

Messini Ekvadora aparmayacaqlar: Səbəb nədir?

Argentina millisinin baş məşqçisi Lionel Skaloni, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Venesuela üzərində qazanılan 3:0 hesablı qələbədən sonra Lionel Messinin yorğunluğu barədə danışıb.

Aut.az xəbər verir ki, o, Ekvadorla sonuncu matçda ulduz futbolçuya istirahət verəcəyini bildirib:

“Messi Ekvadora getməyəcək. Oyunu çox yorğun başa vurdu. Əslində, onu əvəzləməli idik, amma matçın emosional gedişatı və əvvəlcədən onun bütün qarşılaşmanı oynayacağına dair razılaşmamız səbəbindən bu baş vermədi.

Nəticədə Leo kifayət qədər yüklənib. O, Ekvadora yollanmayacaq və haqlı olaraq ailəsi ilə vaxt keçirəcək”.

Aut.az