Ronaldo DÇ-2022-də ehtiyatda qalarkən necə reaksiya göstərib? – Santuş açıqladı
Portuqaliya millisinin keçmiş baş məşqçisi, hazırda Azərbaycan yığmasında çalışan Fernandu Santuş Kriştino Ronaldonun DÇ-2022-də ehtiyatda qalmasına necə reaksiya verdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Santuş bu barədə “O Jogo” nəşrinə danışıb.
“Kriştiano Ronaldo böyük futbolçudur və hələ milli komandanı çalışdırmadığım 2004-cü ildən onunla yaxşı münasibətimiz var. Mən Portuqaliyanın baş məşqçisi olanda Ronaldo ehtiyat oyunçular skamyasında oturmalı idi və Kriştiano bu qərara hörmətlə yanaşırdı. Biz hələ də əlaqə saxlayırıq”, – Santuş deyib.
Ronaldo Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin hər üç oyununa start heyətində başlayıb, lakin pley-offun iki mərhələsində oyuna ehtiyat oyunçular skamyasından daxil olub.
Aut.az
