“Real” futbolun tarixinə düşən bu istedadı izləyir
“Real” heyətinə yeni hücumçu qatmağa hazırlaşır.
Aut.az xəbər verir ki, Madrid klubunun nümayəndələri hazırda “Jenerasyon Fut” klubunun formasını geyinən 15 yaşlı Amara Diufu yaxından izləyir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Futbolçunun performansı onları qane edəcəyi təqdirdə, qış transfer pəncərəsində o, “qalaktikos”un sıralarına qoşula bilər.
Bu mövsüm Diuf Seneqal millisində 15 yaş 94 günlüyündə rəsmi matça çıxaraq tarixə düşüb. O, Norveç yığmasında ilk oyununu 15 yaş 293 günlüyündə keçirmiş Martin Edeqorun rekordunu yeniləyib. Amara hazırda dünya üzrə əsas milli komandanın heyətində meydana çıxan ən gənc futbolçudur.
Hücumçu Seneqal U-17 millisiniun forması ilə 6 oyunda 5 qol vurub. Əsas yığmada isə hələ 1 görüşdə meydana çıxıb.

