Dünya futbolu

Məşhur klubun şikayəti təmin olunmadı: 6-cı liqada oynayacaq

Fransanın titullu klubu “Bordo” ilə bağlı qəbul edilən qərar qüvvədə qalıb.

İyun ayının sonunda Milli İdarəetmə Nəzarəti Direktorluğu (DNCG) klubu 2026/27 mövsümü üçün bütün milli yarışlardan kənarlaşdırdı.

“Bordo” klubundan 2026/27 büdcəsini 30 iyun tarixinə qədər təsdiqləməsi tələb olunurdu və bu da əlavə 9 milyon avro sərmayə qoyulmasını tələb edirdi. Lakin nə klubun hazırkı sahibi Cerard Lopes, nə də potensial alıcılar 30 iyun tarixinə qədər lazımi zəmanətləri verə bilmədilər.

Nəticədə, “Bordo” Fransanın altıncı ən güclü liqası olan Birinci Regional Diviziona düşdü. Klub qərardan apelyasiya şikayəti verdi.

Aut.az xəbər verir ki, iylun 15-də apelyasiya dinləməsi baş tutub və klubun sahibi Cerard Lopes, baş direktoru Arnaud Saint-Andre, eləcə də vəkillər və restrukturizasiya planına nəzarət edən komissar iştirak edib. Onlar bir saatdan bir qədər çox danışıblar.

“Bordo” hələ də əlavə maliyyələşdirmə əldə edə bilməyib. Nəticə etibarilə, DNCG apelyasiya komitəsi klubun altıncı diviziona düşməsini təsdiqləyib.

Altıqat Fransa çempionunun hələ də sanksiya qərarından Fransa Olimpiya Komitəsinə apellyasiya şikayəti vermək hüququ var .

“Bordo” son iki mövsümü Fransanın dördüncü ən güclü divizionunda keçirib, lakin maliyyə problemləri səbəbindən aşağı liqaya düşüb.

Aut.az