Dünya futbolu

“Araz-Naxçıvan”dan Belçika klubuna

“Araz-Naxçıvan”dan ayrılan Ba-Muaka Simakalanın yeni klubu məlum olub.

Aut.az xəbər verir ki, alman hücumçu Belçika təmsilçisi “Eupen”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ötən mövsüm “Araz-Naxçıvan”la 34 oyunda 9 qol vurub.