Kriştiano Ronaldo Yamal barədə danışdı: İmkan verin…
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamalın istedadı barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, 40 yaşlı əfsanə 17 yaşlı futbolçuya təzyiq edilməməli olduğunu bildirib:
“Lamin Yamal istedadından istifadə edərək çox yaxşı oynayır. Oğlana imkan verin, inkişaf etsin. Onun üzərinə çox böyük təzyiq göstərməyin. Qoyun sakitcə böyüsün, təzyiqi azaldın. Onun istedaddan yana heç bir çatışmazlığı yoxdur”
Qeyd edək ki, ötən mövsüm 17 yaşlı Yamal 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib.
Aut.az
