Dünya futbolu

UEFA İsrail və Ukrayna klublarının oyununu təxirə saldı

İsrailin “Makkabi” (Təl-Əviv) və Ukraynanın “Zarya” komandaları arasında keçirilməsi planlaşdırılan UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun matçı təxirə salınıb.

Aut.az xəbər verir ki, oyunun noyabrın 25-də keçirilməsi gözlənilir.

Qarşılaşmanın yerini Təl-Əviv klubu müəyyənləşdirəcək.

“Makkabi” – “Zarya” matçı oktyabrın 25-də keçirilməli idi. Amma oyun son günlər Qəzzada baş verənlər səbəbindən təyin olunan vaxtda keçirilməyəcək.