Dünya futbolu

Bir mövsümdə üçüncü məşqçi

43 yaşlı portuqaliyalı mütəxəssis Rui Borxes “Sportinq Lissabon”un rəhbərliyinə keçib.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

Borxes mövsümdə “Sportinq”in üçüncü məşqçisi olub. O, daha əvvəl “Mirandala”, “Akademika Viseu”, “Koymbra”, “Nasional”, “Vilafransense”, “Mafra” və “Moreyrense” kimi komandalarla çalışıb. Son iş yeri çempionatda 6-cı yeri tutduğu və Konfrans Liqasının əsas mərhələsində uğurlu çıxış etdiyi “Vitoriya Qimarayeş” olub.

Qeyd edək ki, “Sportinq” rəhbərliyi noyabrdan komandaya rəhbərlik edən Joao Pereyranı vəzifəsindən uzaqlaşdırıb. Ondan əvvəl komandaya “Mançester Yunayted”ə keçən Ruben Amorim rəhbərlik edirdi.

Aut.az