Bu ölkənin ən titullu məşqçisi öldü
İsrail millisinin sabiq baş məşqçisi və ölkə çempionatları tarixinin ən çox titullu mütəxəssisi Dror Kaştan 80 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Ölümün səbəbləri barədə məlumat verilmir.
Kaştan 2013-cü ildə məşqçilik karyerasını başa vurub. Məşqçi komandalarını İsrail çempionatında altı dəfə – rekord sayda qələbəyə aparıb.
Dror həmçinin altı dəfə İsrail Kubokunu və üç dəfə İsrail Liqa Kubokunu qazanıb.
Aut.az
