Dünya futbolu

Köklü klub federasiyaya məhkəmədə qalib gəldi

Niderlandın “Vitess” klubu apellyasiya şikayəti sayəsində yenidən ölkə çempionatının ikinci divizionunda iştirak hüququ qazanıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, artıq KNVB-nin (Niderlandiya Kral Futbol Assosiasiyası) lisenziyanı geri çəkmə qərarı dayandırılıb.

Klubun bəyanatında vurğulanır ki, KNVB qərarları zaman çatışmazlığı şəraitində qəbul edildiyi üçün lazımi dəqiqliklə işlənməyib. Apellyasiya məhkəməsi KNVB-yə “Vitess”i peşəkar yarışlara buraxmağı əmr edib. Bu səbəbdən klub mövsümün artıq dörd turu geridə qalsa da, ikinci divizionda çıxışını davam etdirə biləcək.

Xatırladaq ki, bir ay əvvəl “Vitess” KNVB ilə məhkəmə çəkişməsində uduzmuş və lisenziyasını itirmişdi. Klub uzunmüddətli qayda pozuntularında və lisenziya tələblərinə əməl etməməkdə ittiham olunmuşdu.

Aut.az