Qətər DÇ-2026-ya vəsiqə qazanan 24-cü komanda oldu
Qətər millisi seçmə oyunda evdə BƏƏ-ni məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, Əl-Rayyanda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb. İspan Xulen Lopeteqinin baş məşqçi olduğu Qətər millisi 4 xal qazanaraq A qrupunun qalibi olub.
Komanda 2026-cı il dünya çempionatında çıxış edəcək. Qətər son dünya çempionatına ev sahibliyi edib.
A qrupunda ikinci yeri hələ də dünya çempionatına vəsiqə qazanmaq şansı olan və pley-offda oynayacaq BƏƏ tutub. Oman bir xalla üçüncü olub.
Hazırda 24 komanda DÇ-2026-ya vəsiqə qazanıb: Avstraliya, Paraqvay, Kolumbiya, Ekvador, Braziliya, Uruqvay, ABŞ, Mərakeş, Meksika, Tunis, Misir, Kanada, Əlcəzair, Yaponiya, Qana, Cape Verde, Yeni Zelandiya, İran, Argentina, Cənubi Koreya, Özbəkistan, İordaniya, Cənubi Afrika və Qətər. Jor. Turnirdə ümumilikdə 48 komanda iştirak edəcək.
Aut.az
