Dünya futboluDünya cempionatı

Daha bir ölkə DÇ-2026-ya vəsiqə qazandı

Cənubi Afrika millisi seçmə oyunda Ruandaya qalib gələrək DÇ-2026-ya vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, Mbombelada keçirilən C qrupunun görüşü 3:0 hesabı ilə başa çatıb.

Cənubi Afrika yığması 18 xalla C qrupunun qalibi olub. Komanda 2010-cu ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək.

Nigeriya 17 xalla C qrupunda ikinci yeri tutub və 2026-cı ilin martında pley-off oyununda iştirak edəcək.

İndiyədək 23 komanda DÇ-2026-ya vəsiqə qazanıb: Avstraliya, Paraqvay, Kolumbiya, Ekvador, Braziliya, Uruqvay, ABŞ, Mərakeş, Meksika, Tunis, Misir, Kanada, Əlcəzair, Yaponiya, Qana, Kabo-Verde, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya və İordaniya, Cənubi Afrika.

Aut.az