Onların rekordunu qırdı
PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matçda (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.
Aut.az xəbər verir ki, fransız bunu 24 yaşında edib. “Opta Sport” statistika portalı xəbər verir ki, Lionel Messi, Kriştiano Ronaldo və Neymar 25 yaşına çatdıqdan sonra bu nəticəni əldə ediblər.
Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bütün zamanların bombardirləri siyahısında üçüncü yerə yüksəlib. O, Antuan Qrizmannı geridə qoyub (44).
Ondan yalnız bu oyunda qol vuran Olivye Jiru (54) və karyerasını artıq başa vurmuş Tyerri Anri öndədir.
Mbappenin gələcəyi hələlik məlum deyil. Fransa millisinin kapitanının PSJ ilə müqaviləsi bu mövsümün sonuna kimidir və hələlik uzadılmayıb. Hazırda “Real” 24 yaşlı fransızı transfer etmək üçün favorit hesab edilsə də, “Bavariya” onun transferinin mümkünlüyünü istisna etmir.
Aut.az
