Dünya futbolu

Zorlamada ittiham olunan futbolçular həbsdə qalacaqlar

Kazanın “Rubin” klubunun gənclər komandasının futbolçuları Dmitri Proxorov və Fyodr  Zolotaryev məhkəmənin qərarı ilə oktyabrın 12-dək həbsdə qalacaqlar.

Aut.az xəbər verir ki, bu barədə “Realnoe Vremya” məlumat yayıb.

Onlar zorlama və zorakı seksual hərəkətlərdə ittiham olunurlar.

Avqust ayında 19 yaşlı Proxorov və 18 yaşlı Zolotaryevin Kazanda zorlama işi ilə bağlı saxlanıldığı bildirilmişdi. İlkin məlumata görə, futbolçular şəhərin əyləncə mərkəzlərindən birində iki həmyaşıdı ilə görüşüb və onları evlərinə dəvət ediblər. Qızlardan biri özünü pis hiss edib, o, axşama yeni tanışların əhatəsində davam edə bilməyib və taksi ilə evə gedib. İkinci qız qalıb yuxuya gedib və ertəsi gün polisə zorlama iddiası ilə bağlı şikayət edib.

Aut.az