Dünya futbolu

Messi karyerası ilə bağlı önəmli qərarı açıqladı: Bəli, mənim…

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerika klubunun karyerasında sonuncu olacağını bildirib.

Aut.az xəbər verir ki, Messinin sözlərini ESPN sitat gətirib.

“Bəli, “İnter Mayami” mənim son klubum olacaq. Mən futbol oynamağı sevirəm və bundan daha çox həzz alıram, amma daha az vaxt qaldığını da başa düşürəm”, – Messi deyib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 29 matçda iştirak edib, 25 qol vurub, 16 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalı 36 yaşlı hücumçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Aut.az