Cəbəllütariq Azərbaycanı “taxt”dan saldı – 1967-ci ildən bəri…
Fransa millisi 1967-ci ildən bəri bir matçda 14 qol vuran ilk Avropa komandası olub.
Şənbə günü, noyabrın 18-də Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllütariqlə oyunda “üçrənglilər” 14:0 hesabı ilə qalib gəlib.
Daha əvvəl Danimarka millisi Avropa komandaları arasında bir oyuna 14 qol vurmağı bacarmışdı. 23 avqust 1967-ci ildə skandinaviyalılar yoldaşlıq görüşündə İslandiyanı 14:2 hesabı ilə məğlub etmişdilər.
Xatırladaq ki, Fransa Cəbəllütariqlə oyunun nəticəsi sayəsində daha bir neçə nailiyyətə imza atıb – bir oyunda qol sayına görə Avropa çempionatını seçmə mərhələ rekordu (əvvəllər Almaniya – San Marino matçı olub – 13:0) , Fransa komandasının tarixində ən böyük qələbə (əvvəllər Azərbaycan üzərindəki qələbə idi – 10:0) və Avro seçmələri tarixində ən böyük qələbə (əvvəllər Almaniya – San Marino – 13:0).
Cəbəllütariq üçün bu, tarixin ən böyük məğlubiyyətidir. Bundan əvvəl Belçikaya 0:9 hesablı məğlubiyyət olub.
Aut.az
