Dünya futbolu

Hakim oyun vaxtı futbolçunu bıçaqladı – Video

Argentinan Şoeller şəhərində (Misiones əyaləti) keçirilən regional çempionat oyununda qalmaqal baş verib.

Aut.az xəbər verir ki, futbolçular arasında yaşanan söz atışması əvvəl əlbəyaxa sonra kütləvi davaya çevrilib. Oyunçuların itələdiyi hakim işə qarışıb. 62 yaşlı Remigio Armoa  qəfildən bıçağı çıxarıb və oyunçulardan birinin sinəsinə zərbə endirib.

Qurban 21 yaşlı Kevin A. olub. O, dərhal xəstəxanaya çatdırılıb. Orada futbolçuya deşilmiş ağciyər diaqnozu qoyulub. Əməliyyatdan sonra Kevinin həyatını xilas etməm mümkün olub.

“Kevin möcüzəvi şəkildə sağ qaldı. Bu, bizim üçün çətin məqamdır, çünki o, ailəmizin Messidir”, – deyə yerli mətbuata müsahibəsində futbolçunun əmisi söyləyib.

Hakim isə hadisə yerindən qaçmağa çalışsa da, polis onu saxlayıb və bıçağı götürüb. Hazırda istintaq davam edir.

https://youtu.be/Ga0Or6DXDSw