WBC versiyasında dünya çempionu bəlli oldu
Dekabrın 10-a keçən gecə San-Fransiskoda boks gecəsi baş tutub.
Aut.az xəbər verir ki, Recis Proqreys və Devin Heyni WBC yüngül çəki dərəcəsində titulu uğrunda gecənin əsas döyüşünə çıxıblar.
Döyüş 12 raund davam edib və yekdil qərarla Heyni qalib gəlib.
İndiyə qədər məğlub olmayan Heyni üçün bu qələbə karyerasında 31-ci olub. Proqreys 31 döyüşdən 2-sini uduzub.
Aut.az
