Gender qalmaqalı mane olmadı: İman Xəlif peşəkar boksda
Əlcəzairli boksçu İman Xəlif peşəkar karyerasına başladığını açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
2024-cü il Olimpiya çempionu peşəkar boksda debütünü aprelin 23-də Parisdəki “Vaqram”da edəcək. Döyüşün təşkilatçısı promouter Brahim Asloumdur.
Məlumata görə, 26 yaşlı idmançı Fransa Boks Federasiyasından lisenziya alıb və məşqçi Con Dovi ilə müqavilə imzalayıb.
Xatırladaq ki, İman Xelif 2024-cü il Olimpiya Oyunları zamanı gender qalmaqalına qarışmışdı. 1/8 final mərhələsindəki döyüşü zamanı rəqibi, italiyalı Angela Karini ağır zərbə aldığından şikayətlənərək yarışdan kənarlaşdı. Bu hadisə Xelifin cinsi ilə bağlı şayiələrə səbəb oldu.
Aut.az
