Boks

Atası belə açıqlama ilə nəyə işarə edir?

Yarımorta çəkidə sabiq çempion Conni Nelson (45-12-2, 29 KO) ağır çəkidə WBA, WBO və IBF çempionu Aleksandr Usiklə (20-0, 13 KO) WBC kəmərinin sahibi Tayson Fyuri (33-0-1, 24 KO) arasında görücün təyin olunan vaxtda keçiriləcəyinə inanmır.

Aut.az xəbər verir ki, Nelson Fyurinin döyüşdən qaçacağını ehtimal edir.

“Əgər atası hazırlıq üçün vaxtın azlığından danışırsa, mən Con Fyuri haqqında yalnız bir şey deyə bilərəm: o, həmişə həqiqəti deyir. O, düz danışan insandır. O deyirsə, ona qulaq asın.

Əgər atası belə deyirsə, deməli döyüş olmaya bilər. Ancaq Fyuri fevralın 17-də döyüşməsə, problemimiz olacaq. Aydındır ki, atası belə açıqlama ilə onlara daha çox vaxt lazım olduğunu başa salır. Ona görə də, döyüşün vaxtı dəyişdirilsə, təəccüblənmərəm”, – Nelson bildirib.

Aut.az