O, rinqdə hər kəsi öldürə bilər – Holifild kimi deyir?
Ağır çəkidə keçmiş mütləq dünya çempionu Evander Holifild rinqdə hər kəsi öldürə biləcək boksçunun adını çəkib.
Aut.az xəbər verir ki, Holifild Mayk Taysonu xüsusi vurğulayıb.
“Mayk Tayson və Ceyms Toni döyüşü necə bitərdi? Mayk qalib gələrdi onu öldürərdi. Tayson rinqdə hər kəsi öldürə bilər. Mayk səni vura biləcəyini hiss etdikdə, bunu mütləq edəcək. O, məni vuranda, döyüşü dərhal bitirə biləcək inanılmaz yumruq gücünə sahib idi”, – Holifild deyib.
Holifild karyerasında iki dəfə Taysonla qarşılaşıb və ilk dəfə 11-ci raundda texniki nokautla qalib gəlib. İkinci döyüşdə Mayk Evanderin qulağının bir parçasını dişlədiyi üçün diskvalifikasiya edilib və döyüş Holifildin qələbəsi ilə başa çatıb.
Aut.az
