Polis yenə onu axtarır
31 yaşlı məğlubedilməz amerikalı boksçu Cervontu Devis Merilend ştatının polis tərəfindən axtarılır.
Aut.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Qeyd edilir ki, Devis yalnız 30 yanvarda Mayamidə (Florida ştatı) 16 min dollar girov müqabilində azad edilmişdi.
Məlumata görə, 3 fevralda Baltimor məhkəməsi Cervontu Devis üçün həbs qərarı çıxarıb. 2023-cü ildə o, zədələnmiş şəxslərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 3 il şərti həbs cəzasına məhkum olunmuşdu və həbs qərarının verilməsinin mümkün səbəbi şərti cəzanın faktiki həbsə çevrilməsi ola bilər.
Mayamidə isə, boksçunun bir həftədən az müddət əvvəl girov müqabilində azad edildiyi yerdə, o, ev zorakılığı, qanunsuz azadlıqdan məhrum etmə və oğurlama cəhdində ittiham olunaraq saxlanılmışdı.
