Mayk Tayson: 6 həftədir arvadımla yatmıram, ot çəkmirəm
Keçmiş mütləq dünya çempionu Mayk Tayson bloger Ceyk Pol ilə döyüşə necə hazırlaşdığından danışıb
Aut.az xəbər verir ki, o, bu müddətdə nələrdən imtina etdiyini açıqlayıb:
“Mən indi intizamlı həyat tərzi keçirirəm. Altı həftədir ki, nə ot çəkmişəm, nə də arvadımla yatmışam. Uşaqlıqdan siqaret çəkməmişəm, çəkə bilməməyimə nifrət edirəm. Amma mən hər şeyi elə edirəm ki, sanki bundan həzz alıram”.
Qeyd edək ki, Maykın Pol ilə döyüşü iyulun 20-nə planlaşdırılıb.
Aut.az
