Əfsanənin oğlundan inamlı qələbə
Meksikanın Reynosa şəhərində əfsanəvi çempion Xulio Sezar Çavesin oğlu Xulio Sezar Çaves Juniorun iştirakı ilə boks döyüşü keçirilib.
Aut.az xəbər verir ki, 40 yaşlı meksikalı boksçu 21 yaşlı kolumbiyalı Con Kaysedo üzərində inamlı qələbə qazanaraq onu artıq üçüncü raundda nokauta salıb. Həlledici zərbə sol kros olub. Bu zərbədən sonra rəqib rinqə yıxılıb və döyüşü davam etdirə bilməyib.
Qeyd edək ki, döyüşdən əvvəl Kaysedo çəkidə rəqibindən geri qalırdı . O, təxminən 5 kq daha yüngül idi.
Bu, kolumbiyalı boksçu üçün ardıcıl ikinci vaxtından əvvəl məğlubiyyət olub. O, daha əvvəl də təcrübəli Avni Yıldırıma qarşı döyüşdə nokautla uduzmuşdu.
Aut.az
