Boks

Rüstəm İsmayılov saxlanıldı: Masaj salonuna gedib və…

Dağıstan əsilli məğlubiyyətsiz rusiyalı boksçu Rüstəm İsmayılov Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Aut.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Mövcud məlumata görə, döyüşçü masaj salonuna baş çəkib, orada işçilər onun üzərində naməlum ağ toz torbası tapıblar, bundan sonra polisə müraciət ediblər. Maddə ekspertizaya göndərilib, İsmayılov isə dindirilmək üçün polis bölməsinə aparılıb.

Aut.az