Saul Alvares rəqibini seçdi: Danışıqlar gedir
Dörd çəki dərəcəsində keçmiş dünya çempionu, meksikalı Saul Alvares (63-3-2, 39 nokaut) hazırkı WBC super orta çəki titulunun sahibi (76,2 kq-a qədər), fransalı Kristian Mbilli (29-0-1, 24 nokaut) ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” qəzeti məlumat verib.
Razılıq olarsa, döyüşün sentyabr ayında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutması gözlənilir.
Kristian Mbillinin 30 yaşı var. Kamerun əsilli fransız peşəkar debütünü 2017-ci ildə edib. 2025-ci ilin iyun ayında o, müvəqqəti WBC titulunu qazanıb, daha sonra isə tam çempion tituluna yüksəlib.
Aut.az
