Boks

Bu ölkədə transseksualları qadınların yarışına buraxacaqlar

ABŞ Boks Assosiasiyası (USA Boxing) 2024-cü ildən başlayaraq müəyyən şərtlərə uyğun olaraq transseksualların qadın yarışlarında iştirakına icazə verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” assosiasiyaya istinadən məlumat yayıb.

Belə idmançılar yeni cinsi kimliklərini bəyan etməli, cinsiyyətin dəyişdirilməsi əməliyyatı keçirməli və rüblük hormonal testlərdən keçməli və məlumatı federasiyaya təqdim etməlidirlər.

Qadın olan boksçular ilk yarışlarından əvvəl ən azı 48 ay ərzində ümumi testosteron səviyyələrinin 5 nmol/L-dən çox olmadığını nümayiş etdirməlidirlər.

Kişiyə çevrilmiş boksçu, ilk yarışından ən azı 48 ay əvvəl onun ümumi testosteron səviyyəsinin 10 nmol/L-dən çox olduğunu göstərməlidir.

Aut.az