Tayson məşhur reperin yarım milyonunu batırdı – FOTO
Mayın 18-dən 19-na keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) böyük boks gecəsi keçirilib.
Aut.az xəbər verir ki, 12 raundluq əsas döyüşdə superağır çəkidə WBA, WBO və IBF çempionu Aleksandr Usik WBC kəmərinin sahibi Tayson Fyuri ilə döyüşüb və hakimlərin yekdil olmayan qərarı ilə qalib gəlib.
Məşhur reper Dreyk Fyurinin qələbəsi üçün 565 min dollar mərc edib. Britaniyalının qalibiyyət əmsalı 1.77 olub. Nəticə müsbət olardısa, o, 1,05 milyon dollar qazana bilərdi.
Amma Tayson məğlub olduğu üçün reperin yarım milyonu batıb.

Aut.az
