Boks

WBC Usiklə Taysonu boksdan uzaqlaşdırdı

Ümumdünya Boks Şurasının (WBC) rəhbərliyi revanş görüşündən sonra ukraynalı Aleksandr Usik və britaniyalı Tayson Fyurini 36 gün müddətinə döyüşlərdən kənarlaşdırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, Usik və Fyuri dekabrın 21-də Səudiyyə Ərəbistanında ikinci dəfə üz-üzə gəliblər. Ukraynalı idmançı WBA Super, WBO, IBO, The Ring və WBC kəmərlərini müdafiə edərək yekdil qərarla qalib gəlib.

May ayında baş tutan ilk döyüşdə 37 yaşlı Usik 36 yaşlı Fyurini məğlub edərək, ağır çəkidə mütləq dünya çempionu titulunu qazanıb.

Aut.az