Coşua karyerasını başa vurdu
Adedamola Coşua ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşuanın (29-4, 26 KO) karyerasını başa vurmağa qərar verdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Adedamola qardaşı oğlu barədə bildirib:
“Əsas odur ki, o, boksdakı karyerasını bitirib. Bu bizi sevindirir, çünki hər dəfə o, ringə çıxdıqda biz həmişə emosional olaraq narahat oluruq. Hər dəfə onu nokaut edəndə elə bil ürəyimiz döşümüzdən çıxır.
Onun döyüşləri zamanı yaşadığımız bütün bu emosiyalar bizim üçün çox travmatikdir. İndi isə o, şöhrətin zirvəsində karyerasını bitirəcəyini açıqladıqdan sonra xoşbəxtik. Ailəsinə bu qərardan xəbər veribmi? Bəli”,
Qeyd edək ki, 2012-ci ildə Coşua ağır çəkidə Olimpiya çempionu olub. O, peşəkar boksa 2013-cü ildə debüt edib və IBF, WBA Super, IBO və WBO titul sahiblərindən olub.
Karyerası ərzində Entoni yalnız dörd döyüşdə uduzub. 2019-cu ildə Endi Ruizə, 2021 və 2022-ci illərdə Aleksandr Usikə iki dəfə, 2024-cü ildə isə Daniel Duboaya. Onun son döyüşü 2025-ci ilin dekabrında Ceyk Pola qarşı olub və o, nokautla qələbə qazanıb.
Aut.az
