Dünya Boks Şurasından mühüm qərar: Rusiya çıxarıldı, yerini bu ölkə tutdu – FOTO
Ümumdünya Boks Şurası (WBC) loqosunu yeniləyib, həmçinin yeni çempionluq kəməri dizaynını təqdim edib.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman məlumat verib.
Əsas dəyişiklik loqodan Rusiya bayrağı götürülüb, yerinə isə boks aləmində sürətlə artan nüfuzuna görə Səudiyyə Ərəbistanının bayrağı əlavə edilib.
“Yenin dizayn dünya boksundakı dinamik dəyişiklikləri və WBC ailəsinə yeni ölkələrin daxil edilməsini əks etdirir. Yeni WBC loqosu təşkilatın tarixində yeni dövrü simvolizə edən bir neçə vacib elementi ehtiva edir:
Səudiyyə Ərəbistanının əlavə edilməsi: Ölkənin boks dünyasında artan nüfuzu onun WBC loqosuna yeni üzv kimi daxil edilməsində özünü göstərir.
Mükəmməl simmetriya: loqonun həm yan elementləri, həm də xətləri idmanda tarazlığı və harmoniyanı simvolizə edən mükəmməl simmetriyaya nail olmaq üçün yenidən işlənib”, – təşkilatdan bildirilib.
Aut.az


