Tayson: Tarixin ən yaxşı basketbolçusu odur, mən isə…
Boks üzrə sabiq dünya çempionu, “Şöhrət Zalı”nın üzvü Mayk Tayson əfsanəvi basketbolçu, dördqat Milli Basketbol Assosiasiyasının ( NBA ) çempionu Şakil O’Nillə birlikdə “The Big Podcast with Shaq” adlı YouTube kanalında bir sıra sualları cavablandırıb.
– Bütün zamanların ən yaxşı NBA oyunçusu kimdir?
– Mən Cordanın fanatıyam.
– Tarixin ən yaxşı ağır çəkili boksçusu kimdir?
– Mən. Bax, eqoist olmaq istəmirəm, Həmişə deyirlər ki, statistikaya baxırlar, elə isə dünyadan soruşun.
Tayson 14 noyabr 2024-cü ildə amerikalı bloger və boksçu Ceyk Polla son döyüşünü keçirib və məğlub olub.
Aut.az
