Boks

Əfsanə Usiki axmaq adlandırdı: Onu asanlıqla nokaut edərdim

Boks Şöhrət Zalının üzvü və üç çəki dərəcəsində keçmiş dünya çempionu Ceyms Toni məğlubedilməz ukraynalı Aleksandr Usiki sərt tənqid edib.

Aut.az xəbər verir ki, “Bloody Elbow” Tonidən sitat gətirib:

“Usik sadəcə axmaqdır. Mənim dövrümdə döyüşsəydi, heç bir şansı olmadan sağa-sola zərbələr endirərdi. Usik orta səviyyəlidir. O, əla deyil. Bilirsən niyə? Bu müasir boksçuların heç biri tarixin ən böyük boksçuları arasında deyil.

Mənim dövrümdə olduğu kimi deyil. Onlar heç kimlə döyüşmürlər. Sadəcə döyüşmək istəmirlər. Böyük olmağın yeganə yolu böyük rəqiblərə qarşı rinqə çıxmaqdır.

Mən həmin ukraynalı boksçunu heç bir problem olmadan nokaut edərdim. Bugünkü ağır çəki dərəcəsində yarış tamamilə fərqli səviyyədədir”.

Aut.az