Əməliyyat olundu: Əvvəlkindən daha yaxşı qayıdacağam
Cek Qriliş ayağındakı sınıq səbəbindən əməliyyat olunub.
Aut.az xəbər verir ki, futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
“Mançester Siti” dən “Everton”a icarəyə verilən 30 yaşlı futbolçu ötən ay “Aston Villa”ya qarşı oyunda zədə almışdı.
O, bu mövsüm “Everton” da 22 oyunda iştirak edib , 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qriliş sosial media hesabında “Mövsümün belə bitməsini istəməzdim, amma bu futboldur və çox məyus oldum” başlığı ilə şəkil paylaşıb.
“Əməliyyat başa çatdı və indi bütün diqqətim yenidən işə qayıtmağa yönəlib. Əminəm ki, əvvəlkindən daha yaxşı formada, daha güclü və daha yaxşı vəziyyətdə qayıdacağam”, – Qriliş yazıb.
Aut.az
