İngiltərə

Ouendən Salaha: Səni anlayıram, amma bunları açıq deyə bilməzsən

“Liverpul”un keçmiş hücumçusu və “Qızıl top”un qalibi Maykl Ouen Məhəmməd Salaha müraciət edib.

Aut.az xəbər verir ki, Salah komandada özünün “günah keçisi” kimi hiss etdiyini, eləcə də komandanın baş məşqçisi Arne Slootla münasibətlərinin pisləşməsi barədə danışıb.

“Məhəmməd, özünü necə hiss etdiyini təsəvvür edə bilərəm. Uzun müddətdir bu komandanı ardınca aparıbsan və lazım olan hər şeyi qazanıbsan. Amma bu, komanda idmanıdır və sadəcə olaraq, hər şeyi açıq deyə bilməzsən.

Bir həftədən sonra Afrika Millətlər Kubokuna gedəcəksən. Əminəm ki, sən dodaqlarını dişləyirsən və ölkəni təmsil etməkdən həzz alırsan, eyni zamanda qayıdanda işlərin necə gedəcəyi haqda düşünürsən”, – Ouen sosial media hesabında yazıb.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 420 oyun keçirib, 250 qol vurub və 116 məhsuldar ötürmə edib.

Aut.az