Boks

Uorren qalmaqallı gecə haqda: Bir daha təkrarlanmamalıdır

Keçmiş çempion Daniel Dtubuanın (22-3, 21 KO) promouteri Frank Uorren Aleksandr Usik (24-0, 15 KO) ilə döyüşdən əvvəl qalmaqallı parti ilə bağlı vəziyyətin bir daha təkrarlanmaması üçün əlindən gələni edəcəyini bildirib.

Aut.az xəbər verir ki, onun sözlərini “SkySport” yayıb.

Xatırladaq ki , revanş oyununa bir neçə saat qalmış boksçunun atası Sten ziyafət vermişdi. Dyubua döyüşdən əvvəl ora baş çəkmişdi. Bu da onun arenaya girişini gecikdirmişdi.

“Gecələr, partilər ideyasını və bütün bu cəfəngiyatları sevmirəm. Məsələ burasındadır ki, o, döyüş başlamazdan bir müddət əvvəl oraya gəlmişdi və bu, yersiz idi. Təbii ki, bundan məmnun deyiləm. Edə biləcəyim tək şey bunun bir daha təkrarlanmamasına əmin olmaqdır”, – Frank deyib.

Aut.az