Azərbaycan futbolu

Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Aut.az xəbər verir ki, futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komanda DÇ-2026-nın seçmə mərhələsində, sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək. Milli sentyabrın 5-də səfərdə İslandiyaya beş cavabsız qolla uduzub.